XƏBƏRDARLIQ - Şimşək çaxacaq, yağış yağacaq

27.03.2018 12:48     Sosreaksiya     1181

 

Bakı və Abşeron yarımadasında martın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi  axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dən Reaksiya.az- a verilən məlumata görə, havanın temperaturu gecə  7-10° isti, gündüz  16-21° isti, Bakıda  gecə  8-10° isti, gündüz  18-20° isti  təşkil edəcək.
 
Atmosfer  təzyiqi  normadan aşağı 7 53 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət  gecə 70-75 %, gündüz  50-55 % olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, martın 28-29-da Abşeron yarımadasında  meteoroloji  amillərin  mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən  əlverişlidir.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, qərb rayonlarında çiskin  olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz  20-25° isti, dağlarda gecə  2-7° isti,  gündüz  13-18° isti təşkil edəcək.
 
Martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı,  dolu düşəcəyi  ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək.

Reaksiya.az

 

Şərhlər