Bakı İLK DƏFƏ qlobal maliyyə mərkəzlərinin siyahısına daxil edilib

27.03.2018 15:04     Sosreaksiya     786

Azərbaycanın paytaxtı Bakı "Z/Yen Group" analitik mərkəzinin hazırladığı "Qlobal maliyyə mərkəzləri indeksi"nə ("Global Financial Centres Index - 2018") daxil edilib.

 Ilk dəfə olaraq siyahıya daxil edilən Bakının reytinqi 511-dir.

 

İndeksdə ilk yerdə London (794), ikinci Nyu-York (793), üçüncü sırada isə Honq Konq (781) qərarlaşıb. İlk beşliyi Sinqapur (765) və Tokio (749) tamamlayır.

MDB şəhərlərindən indeksə Almatı (519), Sankt Peterburq (531) və Moskva (555) da düşüb.(trend)

Reaksiya.az

Şərhlər