YouTube-da təhlükəli virus yayılıb
27.03.2018 16:45 Sosreaksiya 1249
Dr.Web şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri dünyanın ən məşhur videoservisi olan YouTubeüzərindən yayılan yeni virus haqqında məlumat veriblər. Bu virusu yayan hackerlərin əsas hədəfi Windowsəməliyyat sistemli kompüterlərdir. Trojan.PWS.Stealer.23012 adı almış yeni virus YouTube videolarının şərh hissələrindəki linklər şəklində Yandex Disk bulud servisi vasitəsilə yayılır. Çox zaman hackerlər həmin linkləri məşhur oyunların hack olunması üçün nəzərdə tutulmuş tətbiqlərə keçid şəklində yerləşdirirlər.
Linkə daxil olan zaman istifadəçinin kompüterinə avtomatik olaraq aktivləşən viruslu RAR arxivi yüklənir. Beləliklə kompüterə qoşulan zaman həmin virus brauzerdən olan login, şifrələri, kompüterdə olan faylları, kompüter ekranındakı fotonu, istifadəçinin olduğu yer və s. kimi məlumatları yığır və onların hamısını hackerlərin serverlərinə göndərir. Nəticədə hackerlər bu cür qurbanların sosial şəbəkə hesablarını, şantaj və ya pul oğurlamaq üçün digər konfidensial məlumatlarını ələ keçirdirlər. Bu cür hadisələrin qurbanı olmamaq üçün mənbəyi bilinməyən faylların yüklənməsi məsləhət görülmür. (technote)
Şərhlər