Bakıda Alman-Azərbaycan biznes forumu keçiriləcək

27.03.2018 17:39     Sosreaksiya     813

Aprelin 10-da Bakıda “Tibbi Turizm” üzrə Alman-Azərbaycan biznes-forumu keçiriləcək.

"Report" bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadən xəbər yayıb.

Tədbir Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq “Berlin Biznes və Texnologiya tərəfdaşı“ GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir. Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək və alman klinikaları, tibb müəssisələri və onların azərbaycanlı tərəfdaşlarına səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir.

Forum zamanı biznes nümayəndələri yeni imkanlar əldə edə, yeni layihələr tanıya və Alman-Azərbaycan sıx  əməkdaşlığının birr hissəsi olaraq şəbəkələrini genişləndirə bilərlər.

Reaksiya.az

Şərhlər