Azərbaycan və Rusiya polisi cinayətkarı birlikdə tutdu

04.06.2015 22:10     Sosreaksiya     1168

Rusiyada Amur Cinayət Axtarışı İdarəsinin əməkdaşları 40 yaşlı azərbaaycanlının saxlayıblar.

Reaksiya.Az-ın ANS Press-ə istinadən verdiyi məlumata görə, azərbaycanlının öz ölkəsindən qaçaraq Rusiyaya getdiyi bildirilir.

Rusiya kütləvi informasiya vasitəələrinin yaydığı məlumata görə, saxlanılan şəxs Azərbaycanda fırıldaqçılıqda ittiham olunur. O, beynəlxalq axtarışa verilib.

40 yaşlı azərbaycanlı Yekaterinoslavka Oktyabrsk rayonunda saxlanılıb. Onun saxlanılması üçün keçirilən xüsusi əməliyyatda Rusiya polisi ilə birlikdə Azərbaycan polisi də iştirak edib.

Hazırda cinayətkarın Azərbaycana ekstradisiyası məsələsi həll olunur.

Şərhlər