Səbaildə ingilis dilində yeni kitab təqdimatı oldu - FOTOLAR

28.03.2018 14:41     Sosreaksiya     1247

Səbail Rayon İcra Hakimiyyətində 31 Mart - azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş dəyirmi masa və ingilis dilinə tərcümə edilmiş “Azərbaycanlıların soyqırımı” kitabın təqdimatı keçirilib.

Tədbirdə rayon rəhbərliyi ilə yanaşı Milli Məclis üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, elm, təhsil və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP Səbail rayon təşkilatının təmsilçiləri, kitabın ərsəyə gəlməsində əməyi olan pedaqoji universitetin müəllim və tələbələri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalıb. 
“Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada «Böyük Ermənistan» yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar”. 

 

Daha sonra ölkədə keçiriləcək seçkilərə toxunan Eldar Əzizov deyib: “Prezidentin yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir”. 

Daha sonra çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı  Şəmsəddin Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mais Əmrahov, ADPU-nin baş müəllimləri Elman Mirzəyev və Eldar Hacıyev, ADPU-nin tələbəsi Tahir Cabbarlı və başqaları 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş və görüləsi işlər barədə danışıb, facıənin dünya ictimaiyyətinə çatdırılması işində bir il öncə çap olunmuş və bu il Səbail rayonu 163 №-li orta məktəbin müəllimləri tərəfindən ingilis dilinə tərcümə edilmiş “Azərbaycanlıların soyqırımı” kitabının mühüm rol oynayacağını vurğulayıblar. (Qafqazinfo)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar