Türkiyədə PKK terroru mülki vətəndaşları da hədəfə alıb

06.08.2015 11:16     Sosreaksiya     1704

Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) Türkiyədəki terror planı daha bir mülki vətəndaşın həyatına son qoyub.

Anadolu Agentliyinin məlumatına görə, ölkənin Şırnak bölgəsindəki Cizre rayonunda PKK-nın törəmə təşkilatı olan YDG-H tərəfindən polis maşınının keçəcəyi ehtimal olunan yola basdırılmış partlayıcının hədəfi mikroavtobus olub.

Sürücü hadisə yerində həlak olub.

Terrorçuların axtarışına başlanılıb.

İstanbulda isə Okmeydanı ərazisində terrorçuların quraşdırdığı partlayıcı polis tərəfindən zərərsizləşdirilib.

Daha bir terror cəhdi ölkənin Hatay bölgəsində olub. Burada jandarma məntəqəsinə hücum edən PKK-çılardan biri məhv edilib.

Şərhlər

Çox oxunanlar