Körpələr arasında hansı adlar populyardır?

06.08.2015 15:15     Sosreaksiya     4713

Son illərdə Azərbaycanda yeni doğulan körpələrə qoyulan adlar içərisində ərəb-fars mənşəli adlar üstünlük təşkil edir. 2015-ci ilin statistikasına görə, uşaqlara verilən adlar içərisində oğlan adları içərisində Yusif, qız adları içərisində isə Zəhra adı ən populyar adlardır.  

Reaksiya.az körpələr arasında hansı adların məşhur olduğunu müəyyənləşdirmək üçün sorğu keçirib.

Olke.az saytının əməkdaşı Rəşid Mustafazadə:  "Adlar məsələsi bizdə çox qarışıqdır. Son zamanlar gənc valideynlər Avropadan təsirlənərək, ekstravaqant adlar qoymağı seçirlər. Düşünürəm ki, adlar sistemimizdə dəyişiklik olunmalıdır, ancaq türk mənşəli adlar olsa, daha məqsədəuyğun olar. Qədim türk adlarını leksikonumuza daxil etməliyik. Müəyyən yenilənmələr baş verməlidir. Qınamasalar, oğluma Atilla, qızıma isə Snejanna adını qoyaram. Tam subyektiv fikrimdir".

Bakı Slavyan Universitetinin ikinci kurs tələbəsi Nurlan Qafarsoy: "Qızım olsa Aybəniz, oğlum olsa Fərid qoyardım. Qızımın adı keçmişə bağlı, oğlumun adı müasirliklə ayaqlaşsın. Hər ikisi ərəb adı olsun ki, köklü, tarixli olsun. Mərd olsun".

Yenicag.az saytının müxbiri Kamran Ədalətoğlu: "Adlar deyəndə ağlıma Zəhra, Fatimə, Ləman, Məryəm və s. qız adları gəlir. Bu adlar gözəl səslənir".

Bakı Slavyan Universitetinin üçüncü kurs tələbəsi Səma Fuadqızı: "Türk mənşəli adlara üstünlük verirəm. Turan, Ərtoğrul adlarını çox bəyənirəm.  Xüsusilə Ərtoğrul adının vurğunam".

Lider TV-nin əməkdaşı Rövşən Abdurrəhmanlı: "Oğluma Rüzgar adı qoymağı düşünürəm".

Bakı Dövlət Universitetinin tələbəsi Əminə İlyaslı: "Oğluma Ömər, qızıma Ömür adını qoymaq istəyərəm".

Bakı Slavyan Universitetinin ikinci kurs tələbəsi, Günay Camalova: "Banu ,Turkan, Zehra adlarını çox bəyənirəm".

ATV telekanalının əməkdaşı Lamiyə Balacayeva: "Qızıma Banu adı qoymağı düşünürəm. Bunlardan başqa İnci, Şövqi, Sofi, Bünyamin, Hirkan, Nərgiz, Murad, Azra , Asena və s adlar da qeyd olunanlar arasındadır".  

Qeyd edək ki, Ədliyyə Nazirliyinin bu ilə Azərbaycanda doğulan uşaqlara qoyulan ən populyar adların statistikasına əsasən, 2015-ci ildə dünyaya gələn körpələrə qoyulan adlar arasında Yusif və Zəhra adları birinci yeri tutub.

Statistikaya əsasən bu il 1377 oğlan uşağına Yusif adı qoyulub. Sonrakı yerləri Əli (1000), Hüseyn (951), Məhəmməd (615), Murad (638) adları tutub.

Populyar qız adlarına gəlincə, yeni doğulan 1356 körpəyə Zəhra adı qoyulub. Sonrakı yerlərdə  Nuray (1014), Fatimə (899), Aylin (717), Zeynəb (672), Ayan (618) adları gəlir.  

Şərhlər

Çox oxunanlar