Azərbaycanın hərbi gücü “The Military Balance 2018”-in TOP-15-dədir
29.03.2018 14:23 Sosreaksiya 1494
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (International Institute for Strategic Studies - IISS) öz illik “The Military Balance 2018” hesabatında ölkələrin hərbi xərclərini hesablayıb.
Onların qiymətləndirməsinə əsasən, Azərbaycanın müdafiə, milli təhlükəsizliyin təmin olunması, məhkəmə və hüquq-mühafizə orqanlarının saxlanılması üçün çəkilmiş xərcləri 2017-ci ildə 4% artıb.
Bu göstəriciyə görə bizim ölkə TOP-15-də lider ölkələrin siyahısına düşüb.
Müdafiə və təhlükəsizliyə çəkilən xərclərin artması sürətinə görə Oman 12,1%-lə birinci yeri tutur. İlk üçlüyə həmçinin Səudiyyə Ərəbistanı (11,3%) və Əfqanıstan (10,3%) daxil olublar.
Həmin hesabatda 3,9% artım göstəricisi ilə Ermənistan 14-cü yeri tutub. Bununla yanaşı, rəqəmlərlə bu göstərici cəmi 234 milyon dollar təşkil edir.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu göstərici 2017-ci il üçün 4 milyard 68,3 milyon manat və yaxud hazırkı məzənnə ilə 2,4 milyard dollar təşkil edib.
Dərc olunmuş məlumata əsasən, siyahıya hərbi xərclərə görə ötən ildə ABŞ – 602,6 milyard dollarla başçılıq edib. Bunun ardınca Çin Xalq Respublikası – 150,5 milyard, Səudiyyə Ərəbistanı – 76,7 milyard, Rusiya – 61,2 milyard və Hindistan – 52,5 milyard dollarla siyahıda yer tutublar.(oxu.az)
Şərhlər