ABŞ-da 3 nəfər "Mavi ay"a qurban edilib

06.08.2015 14:20     Sosreaksiya     2849

 
ABŞ - ın Florida əyalətində cümə günü ölən 3 nəfərin "cadu seansı" əsnasında öldürüldüyü bildirilib.. Cadu seansı "Mavi Ay" kimi bilinən göy hadisəsi zamanı reallaşdırılıb.
Reaksiya.az saytı Amerika mediasına istinadən xəbər verir ki, Pensakola şəhərindəki evlərində ölü olan Voncile Smith (77) və iki oğlu John Smith (49) və Richard Smithin (47) ölümü ilə bağlı polis istintaqının "okültizm" ilə əlaqədar olduğu ilə bağlı şübhələr var.
Polis rəisi David Morgan keçirdiyi mətbuat konfransında bildirib ki, ilkin araşdırmalar onları hadisənin cadu seansıyla əlaqəli bir cinayət olduğu nəticəsinə aparıb çıxarıb.
Morgan bildirib ki, cinayətin motivi və müəyyən edilən şübhəli şəxslə bağlı aparılan istintaq hadisənin cadugərlik rituallarını özündə ehtiva edən bir din və ya inancla əlaqəli olduğunu göstərilib.
Qurbanların dördüncü bir şəxs tərəfindən boğazları kəsilərək və böyük bir çəkiclə dəfələrlə başına vurularaq öldürüldüyünü ifadə edən Morgan cadu seansının 3 ildə bir yaşanan və "Mavi Ay" kimi bilinən göy hadisəsi ilə bağlı olduğunu vurğulayıb.
Qurbanlardan Richard Smithin Milli Təhlükəsizlik Nazirliyinə bağlı Pensacola Deniz Hava bazasında çalışdığı ifadə edilib.

Şərhlər

Çox oxunanlar