Eldar Mahmudov son generalları da qurban verdi - - 44 illik həbs və...

30.03.2018 12:08     Sosreaksiya     1573

Bu gün “MTN işi” üzrə məhkəmədə sabiq nazirin “kassiri” və “qara qutusu” hesab olunan şəxslərə hökm oxunacaq; ev dustağı olan general-mayor Natəvan Mürvətovanın taleyi necə olacaq?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edir.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu Rayon Məhkəməsinin inzibati binasında araşdırılır.

Musavat.com xəbər verir ki, bu gün-martın 30-da keçiriləcək növbəti məhkəmə iclasında hökm oxunacaq. Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək general Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il, Natiq Əliyevin 14 il, Zaur Məmmədov 13 il, Elşad Əzizovun 8 il, Fərhad Atayevin 7 il , Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını istəyib. Bunun üçün generallarla bağlı prezidentə, digər rütbəli şəxslərlə bağlı müvafiq qurumlara təqdimat verilməsini istəyib. Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.

Qeyd edək ki, adıçəkilən şəxslər 2015-ci ildə həbs olunublar, N.Mürvətova isə ev dustağıdır. 

Bu iş üzrə məhkəmə ötən ilin yanvar ayının  19-da başlayıb.

İttiham olunan generalların sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövlət qurumlarını öz təsiri altına salmasında, var-dövlət toplamasında müstəsna rolları olub. Qeyd edək ki, Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

“Yeni Müsavat” xatırladır ki,  S.Qurbanov ona elan olunmuş ittihamlar üzrə istintaqda  özünü təqsirli bilməyib. O, bir neçə sahibkardan hədə-qorxu yolu ilə külli miqdarda pul almasına dair ittihamları qəbul etməyib, həmin sahibkarları tanımadığını deyib.  Amma MTN kuluarlarında  S.Qurbanov Eldar Mahmudovun  “ikinci kassiri” kimi də tanınıb.

Teymur Quliyev ile ilgili görsel sonucu

Natavan Mirvətova

T.Quliyev də “MTN işi”ndə ən mübhəm fiqurlardan biridir. MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsində çalışmış Teymur Quliyev isə Eldar Mahmudovun “qara qutusu” hesab olunur.  Məhz onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi bütün qanunsuz dinləmələri həyata keçirib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etməyib. Məlumata görə, hakimiyyət təmsilçiləri də  Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib, mümkündür ki, səs yazıları kimi qeydə də alınıb.

Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qapıları möhürlənən Monitorinq Mərkəzi illərlə bu kimi dinləmələr həyata keçirib, mümkündür ki, danışıqlar xüsusi fayl şəklində toplanaraq kompromat kimi saxlanılıb və ya xaricə çıxarılıb.

məhkəmə ile ilgili görsel sonucu

1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev o vaxt Xalq Təsərrüfatı İnstitutu adlanan ali məktəbi bitirib. Teymur Quliyevin atası da polis sistemində işləyib, bir sıra rayonların rəisi olub. Əmisi isə sovetlər vaxtı daxil işlər nazirinin müavini vəzifəsində çalışıb.

Sübahir Qurbanov ile ilgili görsel sonucu

Sübahir Qurbanov

T.Quliyev DİN-in İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib və burada onların “iş birliyinin” əsası qoyulub.

Teymur Quliyev ile ilgili görsel sonucu

Teymur Quliyev

Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevi də MTN-ə gətirib. Əvvəl MTN-də təchizat şöbəsinin rəisi postunda işləyən T.Quliyev hələ də bilinməyən “xidmətlərinə görə” tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ilin mart ayında ölkə başçısının sərəncamı ilə general-mayor rütbəsi alan T.Quliyev hüquq-mühafizə sistemində ən gənc generallardan biridir.

General-mayor Natəvan Mürvətova isə məhkəmədəki ifadələrində qısa danışıb: “Mən özümü təqsirli bilmirəm”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar