Ərəb dilini öyrənmək istəyənlər üçün fürsət

30.03.2018 12:27     Sosreaksiya     1329

Reaksiya.az xəbər verir ki, Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyi 2018-2019-ci il tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Misir Ali Təhsil Nazirliyinin nəzdində "Qeyri ərəblər üçün ərəb dili Tədris Mərkəzi"ndə ərəb dili (bir illik) kursu üçün təqaüd proqramı elan edir.

Misir Ali Təhsil Nazirliyinin nəzdində “Qeyri ərəblər üçün ərəb dili tədrisi mərkəzi”ndə ərəb dili kursu üçün tələb olunan sənədlər və şərtlər:

• Xarici pasport •

Şəxsiyyət vəsiqəsi

Sənədlər 01 aprel - 01 may 2018-ci il tarixinə qədər Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə təqdim olunmalıdır.

Maraqlanan şəxslər əlavə məlumat üçün 012 561 12 17 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Reaksiya.az

Şərhlər