"Sabit sülh ətrafında müzakirələr" adlı tədbir keçirilib - FOTOLAR
02.04.2018 15:44 Sosreaksiya 1609
"Sabit sülh ətrafında müzakirələr" adlı tədbir keçirilib
Azərbaycan Dövlət Tarix Muzeyində 31 mart soyqırımının 100 illiyi ilə əlaqədar Beynəlxalq Sülh Tədqiqatlar və İnkişaf İnstitutunun təşkilatçılığı ilə "Sabit sülh ətrafında müzakirələr" adlı tədbir keçirilib. Gununsesişinfo-nun xəbərinə görə, tədbirdə ictimaiyyətin müxtəlif sahələrinin nümayəndələri həmçinin, tarixçilər, Tarix Mzeyinin əməkdaşları da iştirak ediblər.
Dəyirmi masa ətrafında 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərimizdə Bakı şəhəri və daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqrım müzakirə edilib.
Çıxışlar zamanı soyqırımda 12 minə yaxın azərbaycanlının qətlə yetirilməsi və on minlərlə insanın itkin düşməsi haqda məlumat verilib. Belə ki, soyqırım nəticəsində Şamaxıda 7 min, Qubada isə 6 min nəfərin öldürülməsi faktı xatırladılıb. Tədbirin sonunda soyqırım barəsində gənclərin maarifləndirilməsi və dünya mediyasında bu faktların işıqlandırılmasının zəruriliyi vurğulanıb.
Həmçinin oda qeyd olunub ki, ölkəmizdə sülhün davamlılığının qorunması, gələcək nəsillərin daimi inkişafının təmin edilməsi üçün mühüm amillərdəndir.
Gülnaz Qənbərli
Şərhlər