Zığda sürüşmə aktivləşdi - Evlərdə çatlar əmələ gəldi

06.08.2015 15:59     Sosreaksiya     1253

Paytaxtda sürüşmə təhlükəsi olan zonalarda yoxlamalar aparılır. Məlum olub ki, Zığda sürüşmə aktivləşib, fərdi yaşayış evlərində çatlar əmələ gəlib və dərinləşib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyiniin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev “Reaksiya”ya açıqlama verib.

O, hazırda Zığ sürüşmə zonasında qorxulu vəziyyətin olmadığını bildirib:

“İyul ayı üçün monitorinq aparılıb, bülletenlər hazırlanıb. Sürüşmənin səbəbi də müəyyənləşdirilib.  Hazırda kanalizasiya sularının axıdılması üçün quyular qazılıb. Yağışlar başladığı vaxt isə sürüşmə fəallaşa bilər. Sürüşmə, həmçinin həmin ərazidəki tektonik qırılmalarla da əlaqədardır.  İndi Zığda qorxulu vəziyyət yoxdur, orada söhbət 1 mm-dən gedir".

Baş geoloq, həmçinin başqa aktiv sürüşmə zonalarında da tədbirlər görüldüyünü qeyd edib: “Əhmədli yaylasıyla Bayıl yamacının qarşısı alınıb, Ukrayna dairəsindən Zığ şossesinə gedən yoldakı Tusi və Şıxlinski küçələrində partlayan kanalizasiya boruları təmir edilib və sürüşmələrin qarşısı alınıb".

 

Şərhlər

Çox oxunanlar