Bu ölkələrdən təhlükəli qida idxal oluna bilər
03.04.2018 12:47 Sosreaksiya 1505
Qida təhlükəsizliyi ilə bağlı elmi-tədqiqatlar aparılmalıdır.
Bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Eyyub Hüseynovun sözlərinə görə, elə qidalar var ki, onların tərkibi insan səhhətinə ciddi mənfi təsir göstərir: “Bunun əsas sübutu klinikalarda insanların növbəyə durmasıdır. Çox təəssüf ki, bu sahədə heç bir elmi-tədqiqat aparılmır. Qidaların problemli tərkibi insanların xəstəxana və apteklərə üz tutmasına səbəb olur”.
Ekspert bildirib ki, hər gün birliyə qidalarla bağlı telefon zəngləri gəlir: “Nehrə yağı adı altında satılan yağlar, süd məhsulları, sprtli işkilərlə bağlı daha çox zənglər daxil olur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması nəticəsində biznes adamları toxunulmazlıqdan sui-istifadə edirlər. Bu da əhalinin aldadılmasına gətirib çıxarır.
Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlayıb. Fikrimcə, bundan sonra bu cür problemlərin qarşısı alınacaq”.
Eyyub Hüseynov qeyd edib ki, Azərbaycana Ukrayna, Belarusiya, Rusiya, Hindistan, Pakistan, Almaniya, Braziliya və digər ölkələrdən məhsullar idxal olunur: “Əsas diqqəti xaricdən gələn qida məhsullarına yönəltmək gərəkdir”.
Qeyd edək ki, ötən gün Qida Təhlükəsizliyi Agentliyi Türkiyədən Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsullar barədə əhaliyə xəbərdarlıq edilib.(teleqraf)
Şərhlər