Ayn Şəms Universitetində xalq ədəbiyyatında və klassiklərimizin əsərlərində Misir mövzusu barədə məlumatlar verilib - FOTOLAR

04.04.2018 12:19     Sosreaksiya     1331

31 mart 1 aprel tarixində AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor İmamverdi Həmidov Misirdə Azərbaycan dili tədris olunan məşhur universitetlərindən olan Ayn Şəms Universitetinin dəvəti ilə “Misirdə şərq araşdırmaları: təşəkkülü və inkişafı” mövzusunda keçirilən konfransda məruzə ilə iştirak etmişdir.

Reaksiya.az bildirir ki, konfrans çərçivəsində professor Ayn Şəms Universitetində Azərbaycan ədəbiyyatı və şərq dilləri, o cümlədən Azərbaycan Misir ədəbi əlaqələri haqqında çıxış edərək, Ərəb-Misir və Azərbaycan ədəbiyyatlarında ədəbi əlaqələrlə bağlı məsələlərə aydınlıq gətirməklə xalq ədəbiyyatında və klassiklərimizin əsərlərində olan Misir mövzusu barədə məlumatlar vermişdir. Mühazirə maraqla dinlənilmiş və mövzu ətrafında verilən suallara cavab vermişdir.

Konfrans zamanı Azərbaycan dili və ədəbiyyatının tədrisi və öyrənilməsinə diqqətin artırılması, Azərbaycan və Misir alimləri, universitetləri və elmi müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi bildirilmişdir.

Reaksiya.az

 

Şərhlər