Generalın nəvəsini aldadana cəza istənildi

04.04.2018 13:12     Sosreaksiya     1287

Bakıda general Səmədbəy Mehmandarovun nəvəsinə qarşı dələduzluqluqda təqsirli bilinən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Zaur Əsgərovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra çıxış edən zərərçəkmiş Aygün Mehmandarlı çıxış edib. Zərərçəkmiş ona dəyən ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayət olmadığını bildirib.

Növbəti proses aprelin 9-da davam edəcək.

İttihama görə, Zaur Əsgərov general Səməd bəy Mehmandarovun nəticəsi Aygün Mehmandarlıya qarşı dələduzluq edib. O, qızıl ticarəti adı altında 12 min manat məbləğində pul alıb və sonrada dələduzluq yolu ilə ələ keçirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar