"Facebook"dan Azərbaycana və daha 3 ölkəyə yönəlik radikal qərar

04.04.2018 13:33     Sosreaksiya     1246

"Facebook" Sankt-Peterburqdan idarə olunan 270 hesabı və səhifəni qapadıb.

 "Facebook" sosial şəbəkəsinin qurucusu və sahibi Mark Zukerberq "İnternet Araşdırmaları Agentliyi"nin (Internet Research Agency, IRA) idarəetməsi altında olan 270 səhifə və hesabı qapatdıqlarını bəyan edib.

"Bu gün biz "İnternet Araşdırmaları Agentliyi" adlı Rusiya təşkilatının idarə etdiyi 270 səhifə və hesabı qapadaraq bütün dünyada düzgün seçkilərin müdafiəsi istiqamətində vacib addım atmışıq" — deyə Zukerberq özünün facebook səhifəsində yazıb. 


 Zukerberq bu addımı niyə atdıqlarını izah edərkən deyib ki, həmin səhifələri "onların kontentinə görə" deyil, "onlara IRA-nın nəzarət etməsinə görə" qapadıblar.

ABŞ KİV-ləri xeyli müddətdir Rusiyanı ABŞ-da keçirilən prezident seçkilərində sosial şəbəkələr vasitəsilə Donald Trampa dəstək verməkdə günahlandırır. Amma indiyə qədər ortaya hər hansı fakt qoyulmayıb və iddialar sübuta yetirilməyib. İttihamlar öz növbəsində Sankt-Peterburqda fəaliyyət göstərən "İnternet Araşdırmaları Agentliyi"nə yönəlib.

Başda "Facebook" və "Twitter" olmaqla, sosial şəbəkələr bu məsələdə ABŞ-ın Senatı və Nümayəndələr Palatası ilə əməkdaşlıq edərək seçkilərə "Rusiyanın müdaxiləsi"ni və "Trampın Rusiya ilə anlaşması"nı araşdırır. Belə bir "anlaşma"nın olduğunu Kreml və Ağ Ev təkzib edir.

Zukerberq deyib ki, hesabların və səhifələrin bloklanması "Rusiyada yaşayan insanlara", eləcə də "Azərbaycan, Özbəkistan və Ukrayna kimi rus dilində danışan qonşu ölkələrə" yönəlib. Onun sözlərinə görə, "Facebook"-dakı agentliklərdən birinin səhifəsi 1 milyona qədər, "Instagram"-dakı 1 agentliyin səhifəsi isə 500 minə qədər izləyici toplayıb.

Zukerberq əlavə edib ki, qapadılan bir sıra səhifələr Rusiyanın xəbər təşkilatlarının, eləcə də IRA-nın nəzarətində olub: "Bu, Rusiya agentliyi daimi olaraq aldatma yolu ilə fəaliyyət göstərir və ABŞ, Avropa və Rusiyadakı insanlarla manipulyasiyaya cəhd göstərir. Odur ki, biz artıq onları eynilə dünyada olduğu kimi "Facebook"-da da görmək istəmirik".

Reaksiya.az

 

 

Şərhlər

Çox oxunanlar