87 milyon istifadəçinin məlumatları sızıb - "Facebook"dan etiraf
05.04.2018 13:10 Sosreaksiya 1547
“Cambridge Analytica” böyük ehtimalla 50 milyon deyil, 87 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatlarını toplayıb.
İKT.lent.az-ın xəbərinə görə, bunu “Facebook”un texniki direktoru Mayk Şrepfer deyib. “Biz güman edirik ki, “Facebook”dakı 87 milyona qədər insanın şəxsi məlumatları “Cambridge Analyitica”ya ötürülüb”, - deyə o, şirkətin bloqunda qeyd edib.
“Cambridge Analytica” isə bu iddianı təkzib edib. Konsaltinq firması yalnız 30 milyona qədər istifadəçinin məlumatlarından istifadə etmək üçün lisenziyaya malik olduğunu söyləyib: “Biz bu saydan artıq şəxsin məlumatlarını almamışıq”.
Firma onu da əlavə edib ki, bu məlumatların əyri yollarla əldə edildiyi barədə “Facebook”dan xəbərdarlıq aldıqdan sonra həmin informasiyaların emal olunmamış qismi dərhal silinib. Hazırda şirkətdə müstəqil audit aparılır ki, məlumatların “Cambridge Analytica”nın sistemlərində qalmadığı təsdiqlənsin.
Şərhlər