Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində tələbələrlə görüş olub

06.04.2018 16:16     Sosreaksiya     1160

06 aprel tarixində Bakı İslam Universitetinin bir qrup tələbələri Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüşdə olmuşlar. Reaksiya.az xəbər verir ki, görüş zamanı Mərkəzin rəhbəri Əhməd Sami Elaydi tələbələrə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaranma tarixindən, apardığı işlərdən danışıb.

Bundan başqa Mərkəz rəhbəri Bakı İslam Universiteti ilə Misirin müvafiq universitetləri ilə əməkdaşlığından, Misir Ali Təhsil Nazirliyi tərəfindən Azərbaycanlı tələbələr üçün ayrılan təqaüd proqramlarından və Mərkəzdə fəaliyyət göstərən ərəb dili kursları barədə geniş məlumat verdi.

Sonra Misirin tarixini, mədəniyyətini turizm zonalarını özündə əks etdirən film tələbələr tərəfindən izlənildi.

Reaksiya.az

 

Şərhlər