12 mindən çox polis gücləndirilmiş iş rejiminə keçdi

10.04.2018 15:32     Sosreaksiya     1552

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu gündən etibarən polis əməkdaşları gücləndirilmiş iş rejimə keçib.

Qeyd edək ki, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin etmək üçün 12000-dən çox polis cəlb ediləcək. (azvision)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar