Məzahir Pənahov: “MSK sabah keçiriləcək prezident seçkilərinə tam hazırdır”

10.04.2018 16:32     Sosreaksiya     1184

“Mərkəzi Seçki Komissiyası sabah keçiriləcək prezident seçkilərinə tam hazırdır”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri  Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri qeyd edib ki, prezident seçkilərini izləmək üçün müraciət edən şəxslərə nə dairə seçki komissiyalarında, nə də Mərkəzi Seçki Komissiyasında “yox” cavabı verilib: “Müşahidə üçün müraciət edən hər kəsə müsbət cavab verilib”. 

M.Pənahov xatırladıb ki, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

“Seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılıb”.

O qeyd edib ki, müşahidəçilərin səsverməni izləmələri üçün bütün şərait yaradılıb.

MSK sədri qeyd edib ki, səsvermə günü təhlükəsizlik təmin olunmalıdır, bunun üçün polis orqanları məsuliyyət daşıyırlar: “Mərkəzi Seçki Komssiyası polis orqanları ilə seminar-müşavirə keçirib, səsvermə günü atılacaq addımlar müzakirə edilib. Hesab edirəm ki, sabah xoşagəlməz hal baş verməyəcək”.(report)

Reaksiya.az

Şərhlər