ATƏT PA missiyasının koordinatoru: "Bu seçkilərin xalqın seçimini əks etdirəcəyinə ümidvarıq"

11.04.2018 12:56     Sosreaksiya     1070

"Ümidvarıq ki, bu seçkilər xalqın seçimini əks etdirəcək".

Bunu jurnalistlərə ATƏT-in Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) deyib.

"Azərbaycan xalqı ilə tam həmrəy olduğumu bildirirəm. Sizə ən xoş arzularımı çatdırıram", - missiyanın koordinatoru bildirib.

Öz növbəsində, ATƏT-in Parlament Assambleyasının (PA) müşahidə missiyasının rəhbəri Marqret Kiner Nellen (İsveçrə) missiyanın tərkibi barədə danışıb: "Bu gün Azərbaycanda keçirilən seçkiləri ATƏT-in bütün ölkələrindən ümumilikdə 300-ə yaxın müşahidəçi, o cümlədən ATƏT ölkələrindən 50-dən parlamentari müşahidə edir. Hesab edirəm ki, işimiz məhsuldar və həm Azərbaycan, həm də xalqınız üçün yararlı olacaq".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar