Saat 12.00-a olan seçici fəallığı

11.04.2018 13:06     Sosreaksiya     1347

Azərbaycanda keçirilən prezident seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

 

APA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 12:00-a qədər 2 milyon 93 min 343 nəfər səs verib.

 

Onun sözlərinə görə, bu, seçicilərin 39.39 faizi deməkdir.

Qeyd edək ki, seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfərdir.

Reaksiya.az

Şərhlər