Ukraynadakı Azərbaycan vətəndaşlarının 20 faizdən çoxu səsvermədə iştirak edib
11.04.2018 13:23 Sosreaksiya 1328
Səhər saatlarına baxmayaraq, Azərbaycanın Ukraynadakı səfirliyində seçici aktivliyi müşahidə olunur.
Yerli vaxtla saat 10:00-a olan məlumata görə, səfirlikdə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 20 faizdən çoxu səsvermədə iştirak edib.
Ukraynanın Kiyev, Xarkov, Dnepr, Odessa, Sumı və bir sıra şəhərlərində yaşayan Azərbaycan vətəndaşları və tələbələr səfirliyə gələrək sərbəst şəkildə öz seçimlərini edirlər.
Məntəqədə seçicilərlə görüşən səfir Azər Xudiyev seçkilərdə fəallıq göstərən soydaşlarımıza, xüsusən də gənclərə minnətdarlığını bildirib. Azərbaycan səfirliyində səsvermə üçün hər cür şərait yaradıldığını diqqətə çatdıran diplomat bu seçkilərdə xalqımızın istək və arzusunun reallaşacağına əminliyini ifadə edib.
Səsvermə prosesi Ukrayna KİV-lərinin də diqqət mərkəzindədir.
Şərhlər