Cocuq Mərcanlı sakinləri 24 il sonra öz kəndlərində səs verir

11.04.2018 13:47     Sosreaksiya     1300

"Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində 24 ildən sonra səsvermə prosesinin keçirilməsi sevindirici haldır.
24 ildən sonra işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində ilk dəfə seçki prosesi keçirilir.
Proses tam demokratik, qaydalara uyğun şəkildə qeyd edilən vaxtda başlayıb və sakit şəkildə davam edir. Baxmayaraq ki, düşmənlə sərhəd olan kənddi, əhali çox fəal şəkildə prosesdə iştirak edir"- Bu sözləri Kaspi-yə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
O bildirib ki, Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayevlə birlikdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 73 saylı məntəqəsində könüllü müşahidəçi kimi seçki prosesini izləyirlər: "Biz müstəqil müşahidəçi olaraq Füzuli və Cəbrayıl rayonu ərazilərində seçki prosesini izləyirik. Bu gün biz işğaldan azad olunmuş və yenidən yüksək səviyyədə, tam infrastrukturla təmin olunmuş Cocuq Mərcanlıda ilk dəfə olaraq keçirilən seçki prosesini izlədik. Xüsusi olaraq qeyd etmək istərdik ki, biz seçici kimi öz hüququmuzu da Cocuq Mərcanlıda ki 120 saylı Cəbrayıl-Qubadlı Seçki dairəsinin 73 saylı seçki məntəqəsində həyata keçirtdik. Bu gün biz eyni zamanda 84 saylı Füzuli seçki dairəsinin məntəqələrində, o cümlədən məcburi köçkünlərin kompakt yaşadığı Zobucuq və Qayıdış qəsəbələrində seçki prosesini müşahidə etdik. Ümumilikdə müşahidə etdiyimiz seçki prosesinin beynəlxalq standartlara və Seçki Məcəlləsinə uyğun təşkil edildiyini və məntəqələrdə seçici fəallığını müşahidə edirik".
Qeyd edək ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, səsvermə günü seçicilər siyahısına daxil edilmi, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər.

 
 
 

Şərhlər

Çox oxunanlar