Bakıda bu ərazilər qazsız qaldı

13.04.2018 13:03     Sosreaksiya     1291

Bakıda qaz kəmərində qaz sızması yaranıb.

Bu barədə Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev məlumat verib.

Məlumata görə, qaz sızması Xətai rayon ərazisindəki orta təzyiqli qaz kəmərində baş verib: "Aşkar olunan qaz sızması nəticəsində bu gün səhər saat 10:00 radələrindən etibarən rayonun Mehmandarov küçəsi və Babək prospektinə qazın verilişi müvəqqəti dayandırılıb. Hazırda kəmərdə sızmanın qarşısının alınması üçün təmir-bərpa işləri görülür. Təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə qazın verilişi bərpa ediləcək". (trend)

Reaksiya.az

Şərhlər