CHP-nin sabiq liderinə qarşı oğurluq

07.08.2015 03:02     Sosreaksiya     1589

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə Cümhuriyyət Xalq Partiyasının sabiq sədri, hazırda Antalya millət vəkili olan Dəniz Baykala qarşı oğurluq hadisəsi baş verib. Antalyada bir parkda idman edən Baykal daha sonra avtomobilinə yaxınlaşıb və şüşələrin qırıldığını görüb. Maşındakı cüzdan və mobil telefonun oğurlandığını görən millət vəkili polis idarəsinə müraciət edib. Polis araşdırmalara başlayıb.

Şərhlər