NATO-nun baş katibi ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi ilə bağlı hədələrə münasibət bildirib
18.04.2018 14:51 Sosreaksiya 1503
“”F-35” təyyarələrini almaq Türkiyənin haqqıdır”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“NATO-nun bir üzvü digərinə qarşı sanksiya tətbiq edə bilməz. “F-35” təyyarələri almaq Türkiyənin haqqıdır”,- deyə o, vurğulayıb.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının sədri Volkan Bozkır bu ilin martında Vaşinqtonda keçirdiyi görüşlərdə ölkəsinin Rusiyadan “S-400”ün alınması ilə bağlı məsələni dəyərləndirdiklərini söyləmişdi: “ABŞ bunu çox əhəmiyyətli bir məsələ sayır. Xüsusilə Konqresin bunu “F-35”in satışı ilə əlaqələndirmək niyyətində olduğu hiss edilir. Onlar bildirdi ki, “S-400” alsanız, biz də Konqresdə sizə “F-35”in satılmaması haqqında qərar qəbul edərik”.(report)
Şərhlər