Ata ehtiyatsızlıqdan 4 yaşlı oğlunu öldürdü

18.04.2018 15:21     Sosreaksiya     1395

Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov avtomobillə ehtiyatsızlıqdan oğlu 4 yaşlı Ayxanı vurub və nəticədə uşaq hadisə yerində ölüb.

DİN-dən verilən məlumata görə, hadisə aprelin 17-də saat 17 radələrində baş verib.

Adil İsmayılov evinin həyətində “Range Rover” markalı avtomobili arxaya sürərkən oğlu 4 yaşlı Ayxanı vurub və uşaq hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar