MVQSYİB layihəsinin icrasına başladı
20.04.2018 11:27 Sosreaksiya 1289
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ldə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də bizim təşkilatımızdır. “Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihənin icrası Rusiyada və Azərbaycanda icra ediləcəkdir. Layihənin məqsədi Rusiya və Azərbaycan qonşuluğunun tarixi kökləri, Azərbyacan və Rusiya QHT-ləri arasında əməkdaşlıq, Dağıstan və Azərbaycan əhalisi arasında ictimai fəallığın artırılması, əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması işləri nəzərə tutulur. Rusiyada qədim Azərbaycan torpağı olan Dağıstanın Dərbənd şəhərində Azərbaycan İqtisad Universitetinin Dərbənd şəhər filialında tədbir həyata keçiləcək.
Layihənin icrasında gəncliyimizin tariximizi dəyərləndiməsi məsələsidə əsas rol oynayacaq. Bunun üçün biz Gəncə Dövlət Universitetinin tələbələri arasında “Vətənpərvərlikdə Cavad xan örnəyi!!!” adlı yazı müsabiqəsi keçiriləməsini planlaşdırmışıq. Müsabiqənin məqsədi gənclərimizin qəhramanlarımızı tanıması və gələcək nəslə vətəni qorumadan sevməyin əhəmiyyətsiz olmasını təbliğ etməkdir. Vətəni qorumasan sevməyin, sevməsən qorumağın faydası olmaz. Bizim ümidimiz gəncliyimizədir. Bir zamanlar Cavad xanın vətənin müdafiə edilməklə, ailəsini və sülaləsini vətən yolunda qurban verərək Cavad xan adını tarixə qızıl hərflərlə yazıb.
Azərbaycan Müəllimlər Universitetinin Ağcabədi rayon Filialında “Əlillikdən heç kim sığortalanmayıb” adlı tədbir keçiriləcəkdir.
Bütün tədbirlərin ən vacibi dövlətimizin bel sütünü olan ordumuza diqqətdir. Əsgərimizə verilən qiymət təhlükəsizliyimizin təminatıdır. Bizdə həmişə ordumuzun yanında olmağı düşünürük. Çünki vətənimi mənim üçün ordum xilas edəcək. Layihəmizin icrasında Müdafiə Nazirliyinin döyüş bölgələrində yerləşən N saylı hərbi hissələrindən birində “Vətənimi mənim üçün ordum xilas edəcək” adlı tədbirin keçirilməsidə planlaşdırılıb. Layihənin sonunda Bakı şəhərində Azərbaycan İqtisad Universitetində “Qarabağın səsi” adlı tədbir keçiriləcəkdir. Qarabağ müharibəsi nəticəsində əlillik qazanmış insanlarla görüşdən sonra bədii hissədə nəzərdə tutulur.
Şərhlər