“Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”

20.04.2018 11:45     Sosreaksiya     1361

““Erkən nikah milli ailə dəyərlərimizə ziddir!” qızlar arasında maarifləndirmə işinin təşkili” layihəsi davam edir

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!” qızlar arasında maarifləndirmə işinin təşkili” adlı layihənin icrasına 01.04.2018-ci il tarixindən start verib.
 
Məlum olduğu kimi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də 1989-cu ildə qəbul olunmuş Uşaq hüquqları haqqında Konvensiyada tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Uşaqların vaxtından əvvəl ailə həyatı qurmalarına təhrik edilməsi nəticə etibarilə erkən nikahların baş veməsinə gətirib çıxarır. Əsasən 15-16 yaşında olan qızların erkən nikaha məcbur edilməsi onların təhsil almaq, peşə öyrənmək, sənət sahibi olmaq kimi istək və arzularının gerçəkləşməsinə mane olur. Xüsusilə qeyd edək ki, müasir dövrdə qızlar özləri üçün xoşbəxt gələcək qurmaq arzusunda olurlar. Bu istək və arzuların gerçəkləşməsi üçün cəmiyyətimizə töhfə vermək məqsədilə layihə bölgələrdə yetkinlik yaşına çatmayan qızların təhsildən uzaqlaşdırılaraq, erkən nikahlara cəlb edilməsinin və onun yaratdığı fəsadların qarşısının alınması üçün valideynlərinin, həmçinin tam orta təhsil müəssisələrinin rəhbərlərinin və yuxarı sinif şagirdlərinin maarrifləndirilməsi işini təşkil etmək niyyətindədir.
 
Birlikdən verilən məlumata görə,  layihə 3 ay müddətində (01.04-01.07.2018) bölgələr üzrə Saatlı, Biləsuvar və Lənkəranı, eyni zamanda Bakı şəhərini əhatə edəcək.
 
Reaksiya.az

Şərhlər

Çox oxunanlar