Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir

20.04.2018 12:08     Sosreaksiya     1331

Reaksiya.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Ayaz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil

Dövlətlər Birliyinə üzv olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin aprelin 20-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən növbəti iclasında iştirak edir.

İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

Reaksiya.az

Şərhlər