Bu yerlərdə tütündən istifadə qadağan olundu
20.04.2018 12:10 Sosreaksiya 1062
Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda bir sıra dəyişikliklər edilib.
Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən hava gəmilərinə TAM-ın (tezalışan mayelərin) yüklənməsi yerlərinin yaxınlığında açıq oddan istifadə etmək və ya tütün çəkmək qəti qadağan edilib.
TAM-ın yükləmə meydançalarında, yaxşı görünən yerlərdə, hərflərinin hündürlüyü 75 mm-dən az olmayan, parlaq-qırmızı yazılı ağ lövhələr asılmalıdır: "Tezalışan maye"; "Açıq odla və fənərlə yaxınlaşmamalı"; "Tütün çəkmək qadağandır"; "Yanğın vaxtı bu telefona zəng etməli".
Digər dəyişikliyə əsasən 4-cü sinifdən olan təhlükəli yüklərin saxlanıldığı yerlərdə tütün çəkmək qadağan edilib.
Şərhlər