Şəbnəm Tovuzlunun “Tenderlər kralı” olan əri saytlardan yazı sildirir
20.04.2018 14:56 Sosreaksiya 2993
Dünən mətbuatda müğənni Şəbnəm Tovuzlunun əri olduğu deyilən iş adamı Ramazan Mirzəyevin fotosu yayımlandı. Müğənninin ərinin “Məmmədoğullar” MMC-nin sahibi olduğu, Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanındığı qeyd olunub. R.Mirzəyevin böyük pullara sahib olduğu da heç kimə sirr deyil.
İnterinfo.az xəbər verir ki, Şəbnəmin ərinin fotoları yayılandan dərhal sonra bu haqda yayılmış bütün materiallar saytlardan silindi. Səbəb bəlidir... R.Mirzəyevdən alınan tapşırıqlar nəticəsində müxtəlif şəxslər saytlara zəng edərək yazıların silinməsini xahiş ediblər. Hətta məsələ o qədər ciddi hal alıb ki, Ş.Tovuzlu telefonlara cavab vermir, əvəzində produsseri mətbuata açıqlama verərək onun ərinin tamamilə başqa şəxs olduğunu bildirib. Ancaq heç kimə sirr deyil ki, söhbət R.Mirzəyevdən gedir və məlum fotoları da sildirən onun özüdür.
Qeyd edək ki, xəbəri və fotonu minval.info saytı yayıb. əlidir.
Onu da əlavə edək ki, məlum yazıları sildirən şəxsin kimliyi bizə bəllidir, özünü də Mətbuat Şurasının əməkdaşı kimi qələmə verir. Qısa müddət sonra həmin şəxslə bağlı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova müraciət ünvanlayacağıq. Həmin şəxs "reket" jurnalistlərin "kassa"sı kimi tanınır.
Şərhlər