Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilir
20.04.2018 16:46 Sosreaksiya 1280
Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilir.
Qanunun 21-ci (Kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına icazə) maddəsinin 1-ci bəndi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, "Reklam haqqında" qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.
Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır.
Layihədə bildirilib ki, dövri mətbuat nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanın, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.
Qanuna edilən əlavəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında" qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.(report)
Şərhlər