İNFARKTDAN ÖLÜM RİSKİNİ AZALTMAĞIN YOLU MÜƏYYƏN EDİLİB
21.04.2018 13:29 Sosreaksiya 1291
Araşdırmalar zamanı 4,2 il ərzində 1087 xəstə dünyasını dəyişib
İsveç kardioloqları müəyyən edib ki, fikizi aktivlik ürək çatışmazlığı səbəbindən olan erkən ölümün qarşısını alır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, həkimlər ürək tutmasından sonra fiziki aktivliyin səviyyəsini 2 dəfə — 6-10 həftədən və 12 aydan sonra dəyərləndiriblər.
Hər dəfəs sorğu zamanı könüllülər keçən son həftədə 30 dəqiqədən az olmayan məşqləri haqqında məlumat veriblər. Bu həkimlərə imkan yaradıb ki, infarktdan sonra ürək əzələlərində baş verən dəyişiklikləri müəyyən edə bilsinlər.
Araşdırmalar zamanı 4,2 il ərzində 1087 xəstə dünyasını dəyişib. Bundan əlavə müəyyən edilib ki, fiziki aktivliyi olmayan şəxslərin ölüm riski böyük olub. Nadir halda edilən məşqlər ölüm halını 37, daimi məşqlər isə 59 faiz azaldıb.
Alimlərin fikrincə, infarkt xəstələri təkcə siqareti tərgitməli deyil, eyni zamanda sağlam qidalar qəbul etməli, heç olmasa həftədə iki dəfə idmanla məşğul olmalıdır.
Daha əvvəl də İsveç alimləri qeyd etmişdilər ki, həftədə bir neçə pors fındıq yemək ürək damar xəstəlikləri riskini azaldır.
Şərhlər