PA yeni binaya köçür - 20 mərtəbəli...
25.04.2018 14:14 Sosreaksiya 1606
Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyası üçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən apa-ya verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.
Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.
Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.
Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.
Şərhlər