"Anamı saçlarından tutub divara çırpdı" - Dəhşətli qətlin təfərrüatı

25.04.2018 15:14     Sosreaksiya     1561

Türkiyənin Dənizli şəhərində sevgilisi tərəfindən döyülərək öldürülən azərbaycanlı, 2 uşaq anası Türkay İsayevanın yaxını cinayətin təfəreüatlarını açıqlayıb.
 Türkiyə mətbuatınin yaydığı xəbərə görə aprelin 18-də öldürülən 33 yaşlı qadının sevgilisi Mertkan Öztürk həbs olunub.
 
O, polisə verdiyi ifadəsindən Türkayın pilləkənlərdən düşərək öldüyünü bildirib. Lakin tibbi ekspertiza rəyində onun bədəninin böyük hissəsində zərbə izlərinə rast gəlindiyi qeyd olunub və döyülərək öldürüldüyü təsdiq edilib.
 
İsayevanın yaxını Natavan Əhmədova Türkayın dəfələrlə şiddətə məruz qaldığını gözləri ilə gördüyünü və ölümündən sonra da onu döyən sevgilisinin ailəsi tərəfindən hədələndiklərini söyləyib.
 
"Türkayla görüşürdük. Bir dəfə 2-3 günlüyə onlara getmişdim. Gözümün önündə ən az 4 dəfə qızı döydü. Həmişə döyürdü. Türkay onun əlindən qurtula bilmirdi. Heç kim bizim şikayətimizə baxmadı. Qardaşı həmişə şahid tapıb məsələni həll edirdi. Türkayı alıb götürmək istəyirdim, amma "sevirəm" deyirdi. Adam hər dəfə onu aldadırdı. Ölümündən 3 gün öncə onunla danışdım. Mənə, "ayrıldım, xilas oldum", dedi. Amma sevgilisi həmişə onu izlədi. Sonra da döyüb, öldürdü. Başı zərbədən parçalanmışdı", - deyə N. Əhmədova bildirib.
 
Hadisənin Türkayın əvvəlki münasibətindən olan 7 yaşlı oğlunun gözləri önündə baş verdiyini deyən N. Əhmədova sözlərinə belə davam edib:
 
"Uşaq hər şeyi danışdı. Dedi ki, "Anamın saçlarından tutub divara vurdu, ağzından, burnunda qan açıldı". Uşaq anasını hamama aparıb üzünü yuyub, lakin orada ölüb. Uşağı da ölümlə hədələyib. Psixologiyası pozulub, yata bilmir. Gözlərini yumam kimi, "Mert gəldi", deyib ağlamağa başlayır".
 
N.Əhmədova qatilin ailəsi tərəfindən hədələndiklərini bildirib və sonrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, ondan kömək istəyib:
 
"Qardaşı hadisənin şahidi olan uşağı da, bizi də hədələyir. "4 vəkil tutmuşuq, Merti xilas edəcəyik" deyirlər. O adamı həbsdən çıxarmalarına icazə verməsinlər. Türkayın Mertdən olan 5 aylıq bir uşağı var. O da Dənizlidə uşaqlar evindədir. Prezidentimizə səslənirik, bizə kömək etsin".
 

Şərhlər

Çox oxunanlar