Bakıda OFİSƏ BASQIN - 14 bıçaq zərbəsi

26.04.2018 11:33     Sosreaksiya     1670

Bakının Yasamal rayonu, Naxçıvani küçəsində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.

Hadisə zamanı bıçaqlanan 1989-cu il təvəllüdlü Tərxan Namazov “ZD Travel” şirkətinin xəzinədarıdır. Naməlum şəxs onu bıçaqlayıb və üzərində olan 20 min manat pulu götürərək qaçmağa cəhd edib, lakin buna nail ola bilməyib.

14 bıçaq yarası almış T.Namazov ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə zamanı T.Namazovun üzərində olan 20 min manat şirkətə məxsus olub. (report)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar