"Facebook"dan iki önəmli məlumat
26.04.2018 13:13 Sosreaksiya 1719
Sosial şəbəkənin aylıq aktiv istifadəçi sayı 13,4 faiz artaraq orta hesabla 2,2 milyard nəfərə çatıb
"Facebook"un 2018-ci ilin I rübündə xalis mənfəəti və gəliri artıb. Şirkətin bu ilin ilk rübündəki xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən, 63 faiz artaraq 4,99 milyard dollara çatıb. Ötən ilin ilk rübündə bu rəqəm 3,06 milyard dollar olub.
"Facebook"un 2018-ci ilin I rübündə gəliri keçən ilin eyni dövrünə görə, 49 faiz artaraq 11,97 milyard dollara çatıb. Ötən il isə bu rəqəm 8,03 milyard dollar olub. Həmin dövrdə şirkətin reklamdan əldə etdiyi gəlir 50 faiz artaraq 11,79 milyard dollara çatıb.
Bu ilin ilk rübündə "Facebook"un aktiv istifadəçilərinin sayı da artıb. Şirkətin gündəlik aktiv istifadəçi sayı bu ilin ilk rübündə orta hesabla 1,45 milyard nəfər olub. Bu da əvvəlki ilin eyni dövrünə görə 13,3 faiz çoxdur. Aylıq aktiv istifadəçi sayı isə bu ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq orta hesabla 2,2 milyard nəfərə çatıb.
Şərhlər