"Taliban" daha 7 can aldı
07.08.2015 10:47 Sosreaksiya 2269

Avqustun 7-də Kabildə bomba ilə yüklənmiş avtomobilin partlaması nəticəsində azı 7 nəfər ölüb, 198 nəfər yaralanıb. Hələlik hücumun hədəfini müəyyən etmək mümkün olmayıb.
"Reaksiya.az" xarici KİV-lərə istinadla bildirir ki, hadisə Əfqanıstan paytaxtında yaşayış məntəqələrindən birində baş verib. Ölən və yaralananların arasında çoxsaylı uşaq və qadının olduğu bildirilir.
Avqustun 6-da “Taliban” yaraqlılarının Qəndəharda və Logar vilayətində törətdikləri terror aktları nəticəsində daha 9 nəfər həyatını itirib.
Şərhlər