Sürücülərin nəzərinə - Bakının Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılacaq

01.05.2018 12:13     Sosreaksiya     1472

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adı çəkilən ünvanlarda saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Reaksiya.az - a verilən məlumata görə, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. 

Məhdudiyyət səhər saatlarına qədər qüvvədə olacaq.

Reaksiya.az

Şərhlər