Bu yol yenidən təmir edilir - FOTOLAR
03.05.2018 16:20 Sosreaksiya 1023
Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, uzun müddət əsaslı təmir olunmadan istismar olunan Lənkəran rayonu Hirkan-Daştatük-Biləsər avtomobil yolunun ilk 10 km-lik hissəsi qara örtüklü, qalan 12 km-lik hissəsi isə torpaq örtüklüdür. Yolda qabarmalar, çalalar əmələ gəlib.
Yola 7 və 5 sm hündürlükdə olmaqla, 58 min kv/m sahədə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışığı döşənəcək.
Hirkan-Daştatük-Biləsər avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görüləcək.
Yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən turizmin inişafı və yeni turizm marşrutlarının yaranması hədəflənir. (Axar.az)
Şərhlər