Məşhur professordan Ramazanla bağlı FAYDALI MƏSLƏHƏTLƏR
04.05.2018 12:26 Sosreaksiya 1500
Professor Canan Karatay yaxınlaşan Ramazan ayı ərəfəsində mühüm xəbərdarlıqlar edib.
Kardioloq Ramazan ayına indidən hazırlıq görməyi məsləhət görüb:
"Ramazana indidən hazırlaşmaq lazımdır. Ən önəmlisi susuz qalmayın. Ramazanda 12-18 saat oruc tutulur. Susuzluq əslində ən böyük çətinlikdir. Çünki bədən sussuz qalanda axşama doğru başımız ağrımağa başlayır. Lakin əvvəlcədən bədəni maye ehtiyatı ilə təmin etsək, problem qismən həll olunar. Amma su tək deyil, duzla birlikdə orqanizmə daxil olmalıdır. Bədənimizin 60 faizi sudur. Yeməklərə və ayranlara bol dəniz duzu əlavə edin. Təbii ki, su içilərsə bədən hazır olar. Gümrahlaşar və cavanlaşar".
Karatay imsakda faydalı qidalar qəbul etməyin əhəmiyyətinə də toxunub:
"Gündə iki dəfə yemək orqanizm üçün faydalıdır. Ramazan ayında imsakda gözəl səhər yeməyi edilə bilər. Süfrədə bol zeytunun və bir də pendirin olması çox əhəmiyyətlidir. Təbii ki, kotlet də yeyilə bilər. Süd susuzluğu yatırır. Odur ki, imsakda mütləq süd için. Çay isə təbii ki, şəkərsiz olmalıdır və xahiş edirəm ki, qazlı, şəkərli içkilərdən uzaq duraq. Bunlar Ramazan boyu daha çox susuzluq və baş ağrısı yaradır”.
Şərhlər