Canlı yayımda jurnalisti öldürdülər
07.08.2015 13:33 Sosreaksiya 1979

Braziliyada korrupsiya ilə bağlı veriliş aparan jurnalisti canlı yayımda öldürüblər.
Braziliyanın şimal-şərq bölgəsində yerləşən Camocim şəhərindəki yerli bir radioda bəzi siyasətçilərin qarışdığı rüşvət hadisələrini canlı yayımda açıqlayan Gleydson Carvalho adlı jurnalisti proqram zamanı studiyaya girən iki nəfər güllələyib.
Carvalhonun elə hadisə yerində ölüb.
Cinayətkarlar isə hadisə yerindən qaçıb.
Qeyd edeək ki, jurnalist Gleydson Carvalho bölgədə rüşvətlə mübarizə aparan insan kimi tanınırdı.
Carvalho xüsusilə sosial media vasitəsi ilə dəfələrlə ölüm təhdidi alıb və bunu polisə bildirib.
Şərhlər