Araz Əlizadə: "Kim 52 manatla dolana bilərsə, əlini qaldırsın"
04.05.2018 14:53 Sosreaksiya 932
"Kim 52 manatla dolana bilərsə, əlini qaldırsın. Bu qanun əlillərin həyatını yaxşılaşdırmayacaq. Çünki əlillərə çox az müavinət verilir. Bu müavinət onların problemlərini həll etməyə imkan vermir".
Bunu millət vəkili Araz Əlizadə “Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.
Millət vəkili bunu əlillərə verilən müavinətin minimum istehlak səbətindən az olması ilə əsaslandırıb: “Minimal tələbat zənbili 175 manat qəbul edilib. Bu o deməkdir ki, ondan aşağı pensiya, əmək haqqı ola bilməz. Bu halda əlil 50 manat təqaüdlə necə dolana bilər? Burada deputat həmkarlarıma təklif edirəm, kim 52 manatla dolana bilərsə, əlini qaldırsın? Heç kim. Ona görə də qanun qəbul edərkən onların problemlərinin həllini nəzərə almalıyıq”. (Publika)
Şərhlər