“Kənan Hacı xəstəxanaya yerləşdirilməyib”

07.08.2015 15:06     Sosreaksiya     1435

Xəbər verildiyi kimi tanınmış yazar Kənan Hacı uzun müddətdir hepatit C xəstəliyindən əziyyət çəkir. Onun bu günlərdə Səhiyyə Nazairliyin xətti ilə xəstəxanalardan birinə yerləşdiririləcəyi gözlənilirdi. AncaqYazıçının həyat yoldaşı İlhamə Dağlı dünən reaksiya.az-a bildrimişdi ki, özünü Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən Murad adlı şəxs sabah onları nazirliyə dəvət edib.

Bu gün İlhamə xanımla bir daha əlaqə saxladıq və Kənan bəyin xəstəxanaya yerləşib- yerləşdirilmədiyinə aydınlıq gətirmək istədik.

Təəssüf ki, İlhamə xanım bizə çox məyusedici cavab verdi. Onun sözlərinə görə dünən Kənan bəyə zəng vuran şəxsin nömrəsinə bu gün zəng çatmayıb.

Respublika Kliniki Xəstəxanasından isə onlara bildiriblər ki, “Biz sizi nə analizə, nə də müayinəyə çağırmamışıq”.

İlhamə xanım Kənan bəyi öz hesablarına müayinələrdən keçirərək evə qayıtdıqlarını da söylədi. 

Şərhlər

Çox oxunanlar