TQDK 600 bal toplamış abituriyentlərə müraciət edib
07.08.2015 14:56 Sosreaksiya 2121

Bu məqsədlə cari ildə 600 və daha çox bal toplayan abituriyentlərdən bu linkdəhttp://abiturient.az/600bal/ təqdim olunmuş anket sorğusunu doldurmaları xahiş olunur.
Qeyd edək ki, TQDK hər il “Abituriyent” jurnalının 11-ci sayını qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərə həsr edir. Jurnalda prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunur. Jurnalda 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilir.
Şərhlər