Xalq artisti: "Belə verilişlərə baxanda çox əsəbiləşirəm..."
10.05.2018 11:37 Sosreaksiya 1507
Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli aparıcıların efirdə özlərini apara bilməməsindən danışıb.
Diktor belə həmkarlarına görə yerli televiziyalara baxmadığını bildirib:
"ATV-nin xəbər aparıcıları xoşuma gəlir, bir də AzTV-nin verilişlərini izləyirəm. Onlarda səviyyə, peşə etikası qorunub saxlanılır. Amma şou verilişlərində hədd aşırlar. Məsələn, Zaur Kamal verilişdə çox şitlik edir, dəvət etdiyi qonağa axmaq-axmaq suallar verir. Bəzən qonaq onu gülə-gülə yola vermək məcburiyyətində qalır. Bəziləri də əsəbiləşir. Efiri məzhəkəyə çevirmək olmaz, ayıbdır. Şou verilişi o demək deyil ki, özünü istədiyin kimi aparasan. Qarşındakına və izləyicilərə hörmət etmək sənin borcundur. Belə verilişlərə baxanda çox əsəbiləşirəm, ona görə də baxmıram”.(yenicag.az)
Reakisya.az
Şərhlər